Bakı xəritəsi
Tarixi kontekst
Dizayn əsrlər boyu Azərbaycan incəsənət ənənələrinə – şəhər təsvirlərinə, keramika naxışlarına və xalça motivlərinə əsaslanır. şüşə mozaik kompozisiyası kimi təqdim olunan bu naxışlar ənənəvi sənət nümunələrini müasir bədii formaya çevirərək Bakının tarixi inkişafını simvolizə edir. Bakı tarixən mədəniyyətlərin qovşağı, ticarət və mədəni mübadilə mərkəzi olmuşdur. Bu bədii xəritə həmin irsi təcəssüm etdirərək şəhərin fiziki və mədəni məkanlarının əsrlər boyu necə böyüyüb inkişaf etdiyini nümayiş etdirir. Əsər kiçik bir ticarət limanından qlobal şəhərə çevrilmiş Bakının yolunu vizual hekayə kimi təqdim edir, onun möhkəmliyini və davamlı tərəqqisini əks etdirir.
Mədəni/Bədii İlham
Əsər Azərbaycan keramika və xalça sənətindən ilhamlanmışdır; bu sənətkarlıq ənənələri rəngarəngliyi və simmetrik naxışları ilə məşhurdur. Ənənəvi motivlər şüşə mozaik kompozisiyası vasitəsilə yenidən təsvir olunaraq müasir ifadə qazanmışdır. Əsər həm Azərbaycan bədii ənənələrinin qorunmasının, həm də onların müasir şəhər
Xüsusi təşəkkür
Bu guşənin ərsəyə gəlməsində tarixi materiallara və dizayn istinadlarına çıxış imkanı yaratdıqlarına görə Bakı Baş Memarlıq və Şəhərsalma İdarəsinə dəyərli dəstəklərinə görə dərin minnətdarlığımızı bildiririk.