Mirzə Ələkbər Sabir
Tarixi kontekst
Akif Asgarov’s “Mirza Alakbar Sabir” is a remarkable sculptural portrait dedicated to one of Azerbaijan’s most prominent satirical poets. Rather than portraying Sabir as an idealized or ceremonial figure, the sculptor presents him as a thinker who experienced the hardships of life, deeply understood the problems of society, and profoundly influenced public thought through his literary work.
Mədəni/Bədii İlham
Kompozisiyada Sabir oturaq vəziyyətdə təsvir edilmişdir. Onun önə əyilmiş bədəni, dizləri üzərində birləşən əlləri və aşağı yönəlmiş baxışları daxili düşüncə, təmkin və mənəvi gərginlik hissi yaradır. Obrazın sakit plastik həlli şairin həyat yolu, sosial ədalətsizliklərə qarşı mübarizəsi və xalqın taleyinə biganə qalmayan mövqeyi ilə səsləşir. Fiqurun yığcam kompozisiyası tamaşaçının diqqətini obrazın daxili aləminə yönəldərək onun emosional təsir gücünü artırır. Portret cizgilərinin lakonik, lakin xarakterik işlənməsi Sabirin müdrikliyini, təvazökarlığını və mənəvi zənginliyini inandırıcı şəkildə əks etdirir.
Müəllif
Akif İzzəttulla oğlu Əsgərov 1 may 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1958-1963-cü illərdə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, 1963-1969-cu illərdə Leninqrad şəhərində M.K.Anikuşinin emalatxanasında (indiki Sankt-Peterburq) təhsil almışdır. Akif Əsgərovun yaradıcılığının əsasını dəzgah və monumental heykəltaraşlıq təşkil edir. O, respublika və xarici sərgilərin iştirakçısı olmuşdur. Heykəltaraşın 1997-ci ildə Bakıda, 2009-cu ildə isə Berlində fərdi sərgiləri keçirilmişdir. Heykəltaraşın əsərləri Azərbaycan və xarici ölkə muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Onun əsərləri Fransa, Almaniya, ABŞ, Türkiyə, İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. O, 2001-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Kollecinin direktoru vəzifəsində çalışmış, 2011-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasının professoru kimi fəaliyyət göstərmişdir. Akif Əsgərov Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adı, 30 aprel 2020-ci ildə ikinci dərəcəli "Əmək ordeni" ilə təltif olunmuşdur.